Cənubi Koreya liderinin çıxışı mahnının Yunun sevimli mahnısı olduğunu bilən ABŞ prezidenti Co Baydenin onu ruhlandırmasından sonra olub. O, təxminən 1 dəqiqə pianonun müşayiəti ilə mahnını zümzümə edib. Zaldakı insanlar Yunun gözlənilməz çıxışını ayaqda alqışlayıb.
Həmkarının ifasından təəccübləndiyini gizlətməyən Bayden Yuna “Sənin oxuya biləcəyini gözləmirdim” deyib.
Naharın sonunda Bayden qonaq prezidentə şam yeməyinə gələ bilməyən sənətçinin göndərdiyi McLean imzası olan akustik gitara hədiyyə edib.
![](https://azvision.az/photos/2023/04/Screenshot_8-1682600872.jpg)
Şahanə Rəhimli
AzVision.az