"Kiyevə 1550 zirehli texnika, 230 tank göndərilib" - Stoltenberq

"Kiyevə 1550 zirehli texnika, 230 tank göndərilib"    - Stoltenberq
  27 Aprel 2023    Oxunub:926
"NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya zirehli maşınlar, tanklar və döyüş sursatları da daxil olmaqla, görünməmiş hərbi yardım göstəriblər".
EP xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq brifinqdə deyib.

"Ümumiyyətlə, ABŞ-ın rəhbərlik etdiyi təmas qrupu vasitəsilə NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya görünməmiş yardım göstəriblər. Artıq Ukraynaya vəd edilən döyüş maşınlarının 98%-dən çoxu çatdırılıb. Bu, 1550-dən çox zirehli maşın, 230 tank və digər texnika, o cümlədən çoxlu sursat deməkdir”, - Stoltenberq bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti