Reznikov: "Hava hücumundan müdafiə sistemləri üçün raketlər tükənir"

   Reznikov:    "Hava hücumundan müdafiə sistemləri üçün raketlər tükənir"
  27 Aprel 2023    Oxunub:1714
"Ukrayna Silahlı Qüvvələri praktiki olaraq Sovet dövrünə aid Hava Hücumundan Müdafiə sistemləri üçün olan raket ehtiyatlarını istifadə edib".
AzVision.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov RBC-Ukraynaya müsahibəsində deyib.

O qeyd edib ki, Kiyev sovet raketlərini Qərb ölkələrində istehsal olunan oxşar sursatlarla əvəz etməlidir. Çünki onları yerlərdə istehsal etmək və başqa ölkələrdən almaq mümkün deyil.

Nazir həmçinin bildirib ki, hazırda Kiyev və onun Qərb tərəfdaşları üçün əsas vəzifə Ukrayna ordusunu lazımi silah və sursatla təmin etməkdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Raket  





Xəbər lenti