"NATO ölkələri Ukraynaya vəd edilən döyüş maşınlarının 98%-ni verib"

   "NATO ölkələri Ukraynaya vəd edilən döyüş maşınlarının 98%-ni verib"
  27 Aprel 2023    Oxunub:1171
NATO üzvü olan ölkələr artıq Ukraynaya vəd edilmiş döyüş maşınlarının 98%-ni verib.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Lüksemburqun baş naziri Ksavye Bettel ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələri Kiyevə 1550 zirehli texnika, 230 tank, hava hücumundan müdafiə sistemləri və artilleriya qurğuları, külli miqdarda sursat verib. Həmçinin Ukraynaya ən azı 9 zirehli briqanın da göndərməsi planlaşdırılır.

Bettel ilə görüşdə Stoltenberq Lüksemburqa “Ukraynaya dəstək fonduna səxavətli töhfəyə” görə təşəkkür edib.

Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rada telekanalına bildirib ki, Kiyev Qərbin Silahlı Qüvvələr üçün vəd etdiyi silahların 98%-dən çoxunun alınması ilə bağlı Pentaqonun məlumatı qiymətləndirməsinə şübhə ilə yanaşır. Onun sözlərinə görə, Ukrayna tərəfinin təchizatı "heç vaxt kifayət etməyəcək".

AzVision.az


Teqlər:





Xəbər lenti