Xaricdəki türklər prezident seçkilərində səs verməyə başladı

   Xaricdəki türklər prezident seçkilərində səs verməyə başladı
  27 Aprel 2023    Oxunub:1023
Aprelin 27-də xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsverməsi başlayıb.
Mərkəzi Seçki Komitəsinin (MSK) qərarına əsasən, bu gün Ankara vaxtı ilə saat 08:00-da Türkiyənin 75 xarici ölkədəki diplomatik nümayəndəliklərində 156 seçki məntəqəsi fəaliyyətə başlayıb. Sərhəd məntəqələrində, aeroportlarda və dəniz limanlarında xaricə gedən vətəndaşların səsverməsi üçün 4,6 min məntəqə quraşdırılıb. Ümumilikdə isə Türkiyə xaricində 3,6 milyondan çox vətəndaş səs verə bilər.

Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi mayın 9-na qədər davam edəcək, sonra bütün bülletenlər sayılaraq MSK-ya göndəriləcək.

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İnce, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar.

Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq. 28-cı çağırış parlament seçkilərində isə 26 partiya iştirak edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti