Paşinyan sərsəmlədi: "Qətliam olmasın deyə, Qarabağa missiya göndərək"
"Bu "səylərə" son qoyulmasının yeganə etibarlı yolu geniş beynəlxalq mandata malik nümayəndələrin göndərilməsidir", - baş nazir anormal təklif verib. Onun sözlərinə görə, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Ermənistan hakimiyyəti və beynəlxalq ictimaiyyətdən konkret səylər tələb olunur.
Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanmasına gəlincə, Paşinyan belə hesab edir ki, razılaşmanın aydın icra təminatları və anlaşılan mübahisələrin həlli mexanizmləri olmalıdır: “Sərhədin delimitasiyası parametrləri aydın şəkildə müəyyən edilməli və hər hansı eskalasiyanın qarşısını almaq üçün aydın mexanizmlər tətbiq edilməlidir”.
Tural Tağıyev
AzVision.az
Teqlər: Paşinyan