Şpigel: "Ən yaşlı məhkum nasist öldü"
Nəşr yazır ki, məhkəmə zamanı ahıl müttəhim inadla günahsız olduğunu sübut etməyə çalışıb. O ümumiyyətlə məlum düşərgədə işləmədiyini deyib. Ölüm hallarında iştirakını inkar edən Şütz həmin illərdə fermada işlədiyini iddia edib.
Zaksenhauzen Almaniyanın Oranienburq şəhərində yerləşən nasist konsentrasiya düşərgəsi olub. Düşərgədə 100 mindən çox insan məhv edilib. Cəhənnəmi xatırladan bu düşərgə 22 aprel 1945-ci ildə Qırmızı Ordu tərəfindən azad edilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Nasist