Avstraliya hərbi bazalarını modernləşdirir: 2,5 milyard ayrılacaq

   Avstraliya hərbi bazalarını modernləşdirir:    2,5 milyard ayrılacaq
  27 Aprel 2023    Oxunub:1385
Avstraliya hökuməti ölkənin şimalındakı hərbi bazaların modernləşdirilməsi və genişləndirilməsi üçün 2,5 milyard dollar ayıracaq.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marles bildirib. Onun sözlərinə görə, ölkənin şimal sahillərində yerləşən bölmələrin döyüş qabiliyyətinin artırılması Avstraliya hökuməti üçün əsas sahədir və buna görə də növbəti dörd il ərzində onların modernləşdirilməsinə 3,8 milyard Avstraliya dolları (2,5 milyard ABŞ dollar – təqribən) ayrılacaq:

“Mövcud geostrateji şəraiti nəzərə alaraq, Avstraliya Ordusu ölkənin şimal sahillərindən hava və dəniz hərbi əməliyyatları üçün yeni imkanlar əldə etməli, bundan əlavə, Hərbi Hava Qüvvələrinin əlavə bölmələri, hava hücumundan müdafiə və uzaqmənzilli kəşfiyyat bölmələri də bu bölgədə yerləşdirilməlidir”.

Əlavə maliyyənin həmçinin hərbi hava meydançalarının təmirinə, yeni yanacaq anbarlarının tikintisinə və Avstraliya Hərbi Hava Qüvvələrinin Darvin və Taunsvildə təlim poliqonlarının təkmilləşdirilməsinə kömək edəcəyi gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti