Belçika parlamenti Rusiya almazlarının idxalına qarşıdır

   Belçika parlamenti Rusiya almazlarının idxalına qarşıdır
  27 Aprel 2023    Oxunub:1145
Belçikanın Nümayəndələr Palatası Rusiya almazlarının Avropa İttifaqına idxalına qadağa qoyulmasını müdafiə edən qətnamə qəbul edib.
Bu barədə AzVision.az “Le Monde”yə istinadən xəbər verir. Qətnamənin mətnində deyilir ki, Rusiya Federasiyasından dünya kobud almazlarının təxminən 85%-i, cilalanmış almazların yarısı və sənaye almazlarının 40%-i Antverpendən keçir.

Eyni zamanda, dünyanın ən böyük istehsalçısı olan Rusiya kobud almazların ixracından hər il təxminən 4 milyard dollar gəlir əldə edir.
Vurğulanıb ki, qadağa ilk növbədə Rusiya Prezidenti Vladimir Putinin yaxın adamının nəzarətində olan Rusiyanın “Alrosa” şirkətinə tətbiq edilməlidir. Şirkət qazancını Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə etməkdə ittiham olunur.

Parlament həmçinin Belçika hökumətini Rusiya almazlarının həm birbaşa, həm də dolayı ticarətinin idxalına qadağa qoyulması üçün birbaşa Avropa Şurası ilə danışmağa çağırır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti