Bayden Şimali Koreyanın hakim rejimini hədələyib

Bayden Şimali Koreyanın hakim rejimini hədələyib
  26 Aprel 2023    Oxunub:905
“Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-a nüvə silahı ilə mümkün hücumu Pxenyandakı hakim rejimin məhvinə səbəb olacaq”.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Şimali Koreyanın ABŞ-a, onun müttəfiqlərinə və ya tərəfdaşlarına nüvə hücumu qəbuledilməzdir və bu cür addımlar atan istənilən rejimin məhvinə səbəb olacaq”, - Bayden deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti