Daha 40 rusiyalı hərbçi əsirlikdən qayıtdı

   Daha 40 rusiyalı hərbçi əsirlikdən qayıtdı
  26 Aprel 2023    Oxunub:1241
Danışıqlar nəticəsində 40 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri azad edilmiş hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya çatdıracaq", -məlumatda deyilir.

Bildirilir ki, azadlığa çıxanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti