"Danışıqlar münaqişənin həllinin yeganə yoludur" - Si Cinpin

   "Danışıqlar münaqişənin həllinin yeganə yoludur" -    Si Cinpin
  26 Aprel 2023    Oxunub:1018
Çin prezidenti Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində danışıqların münaqişənin həllinin yeganə yolu olduğunu vurğulayıb.
AzVision.az xəbər verir ki, bu barədə "China Daily" məlumat yayıb.

"Dialoq və danışıqlar yeganə mümkün çıxış yoludur" - Si Cinpin qeyd edib.

Bundan əvvəl Zelenski "Twitter" hesabında yazıb ki, Si Cinpinlə uzun və mənalı telefon danışığı olub. O, bu çağırışın iki ölkə arasında münasibətlərin "inkişafına güclü təkan" verəcəyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti