Qaydadan İrəvana xəbərdarlıq: "Müttəfiq dəyişmək vəziyyəti pisləşdirəcək"

  Qaydadan İrəvana xəbərdarlıq:  "Müttəfiq dəyişmək vəziyyəti pisləşdirəcək"
  26 Aprel 2023    Oxunub:2634
"Cənubi Qafqaz ölkələri danışıqlar aparmalı, kompromis hər kəsi qane etməlidir". AzVision.az xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Fyodor Qayda beynəlxalq forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada çoxvektorlu yanaşma getdikcə tarixə qovuşur. Resurslar uğrunda mübarizənin, konfliktlərin kəskinləşməsi ona gətirib çıxarır ki, ölkələr, xüsusən də kiçik dövlətlər güclü müttəfiqlər axtarmağa məcbur olurlar.

"Hər birimiz Rusiyanın düşdüyü vəziyyəti görürük. İş o yerə çatıb ki, dünyada birinci və ya ikinci səviyyəli potensiala malik olan ölkə artıq özünün hansısa əlçatmaz təhlükəsizlik içində olduğunu deyə bilməz", - Qayda qeyd edib.

Tarasov: "İran Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrilib"
Onun sözlərinə görə, bu, nüvə potensialı az olan və ya heç olmayan ölkələrə daha çox sirayət edir. Qayda onu da vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri son illər ciddi problemlərlə üzləşib: "Cənubi Qafqazın ölkələri hansısa formada razılaşmalıdırlar. Bütün iştirakçılara, o cümlədən Ermənistan, İran, Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyəyə uyğun olan kompromis əldə etməkdən başqa variant yoxdur. Əgər bu, alınmasa onda biz hamımız əziyyət çəkəcəyik. Xüsusən də, Rusiya, İran və Ermənistan".

Ekspert hansı şərtlərlə danışıqların aparılacağı məsələsinə çox ciddi yanaşmağı məsləhət bilib. Əgər bu reallaşmazsa, o zaman hər şey növbəti münaqişə, qan-qada və dalana dirənişlə bitəcək.

Qaydaya görə, bu məsələlərdə ABŞ-ın dəstəyinə ümid etməyə dəyməz. O, nümunə kimi Ukrayna və Əfqanıstanı göstərib. Birinci halda, dəstək bəyanatlarına baxmayaraq, Kiyev kəskin şəkildə yardım çatışmazlığı hiss edir. İkinci halda isə ABŞ sadəcə olaraq 20 ildir mövcud olduğu Əfqanıstandan çəkilməyə qərar verdi və bunu bir çırtma ilə etdi.

Eyni zamanda, Vaşinqton özünün dünya sivilizasiyasının önündə olması və bütün ölkələrin yalnız onun yanında dayanmasına çalışacaq. Amma bu belə deyil.

"Rusiyanın roluna gəlincə, vəziyyət elə gətirib ki, o, hazırda bütün iqstiqamətlərdə mümkün qədər güclü ola bilməz. Rusiya özünü Ukrayna münaqişəsindən əvvəl göstərə bilərdi. Məsələn, Moskva Qazaxıstanda dövlətçiliyi ayaqda saxlaya bildi. İndiki o situasiya deyil ki, Rusiya özünü superaktiv aparsın", - Qayda deyib.

Onun fikrincə, belə bir şəraitdə Ermənistan öz imkanlarını, qüvvələrini, müttəfiqlərini diqqətlə hesablamalıdır. Böyük oyun qurmaq cəhdləri, başqa bir prinsipial strategiya dövlətçiliyin itirilməsi ilə nəticələnə bilər.

Ermənistan çox pis vəziyyətdədir və bütün konfiqurasiyanı, müttəfiqlərini dəyişir. Lakin bütün bunlardan sonra vəziyyət xeyli pisləşə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müttəfiq   Rusiya  





Xəbər lenti