İranın ali liderinin keçmiş nümayəndəsi öldürüldü

   İranın ali liderinin keçmiş nümayəndəsi öldürüldü
  26 Aprel 2023    Oxunub:1545
İran ali dini liderinin Sistan və Bəlucistan əyalətindəki keçmiş nümayəndəsi Abbasəli Süleymaniyə sui-qəsd olub. AzVision.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.
Məqalədə qeyd edilir ki, hadisə çərşənbə günü baş verib və sui-qəsd nəticəsində Süleymani ölüb. Qeyd olunur ki, qətl İranın şimalında, Mazandaran vilayətinin Babolsar şəhərində törədilib.

Maraqlıdır ki, hücum İran Milli Bankının filialında baş verib. Hadisəni törədən şəxs bank mühafizəçisindən silah götürərək ona atəş açıb. Süleymani aldığı ağır yaralardan yerindəcə dünyasını dəyişib. Ən azı daha üç nəfər yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti