"Bu gün istirahət edəcəyəm" - Ərdoğan

   "Bu gün istirahət edəcəyəm" -    Ərdoğan
  26 Aprel 2023    Oxunub:1319
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından paylaşım edərək bugünkü proqramların ləğv edildiyini açıqlayıb.
Səhhəti ilə bağlı məlumat verən prezident ona şəfalar diləyən hər kəsə təşəkkür edib:

"İş vaxtımın sıxlığı ilə bağlı efirdə yaşadığım xırda narahatlığa görə öz arzu və dualarını çatdıran nəcib millətimin hər bir üzvünə, hər bir qardaş və bacıma təşəkkür edirəm. Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəyəm.Təəssüf ki, bu gün Kırıkkale, Yozgat və Sivasdan olan qardaşlarımla bir araya gələ bilməyəcəyik. Hamısından xahiş edirəm ki, haqqlarını halal etsinlər. Kırıkkale, Yozgat və Sivasda bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək.

Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik. Sevgili millətimizi "Türkiyə əsri" hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik. Bu münasibətlə bütün vətəndaşlarıma cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram”.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti