Paşinyanın bərələn gözləri

   Paşinyanın  bərələn gözləri
  26 Aprel 2023    Oxunub:1464
Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Andranik Tevanyan baş nazir Nikol Paşinyan haqqında diqqət çəkən məqalə yazıb. AzVision.az xəbər verir ki, "Jam"da "Paşinyanın bərəlmiş gözləri" başlığı ilə dərc edilən yazıda qeyd edilir ki, Nikol Paşinyan hazırda ona sui-qəsd olacağından çox qorxur.
Tevanyan misal üçün baş nazirin bir neçə gün öncə parlamentə gəlişini xatırladıb.

"O parlamentə gələndə bina hərbiləşdirilmiş bir tikiliyə çevrilir. İclas zalında təhlükəsizlik işçilərinin sayı demək olar ki, deputatların sayına bərabər olur. Masalardan su şüşələri belə yığışdırılır. Bu arada qulağında naqilli cihazlar olan mülki geyimlilər də dəhlizlərdə o baş bu başa gəzirlər. Nikol Paşinyan şəhərdə maşını ilə hərəkət edəndə onun korteji regionun ən böyük və ən ölümcül kortejinə çevrilir. Hamilə qadının maşınla vurularaq öldürülməsi buna sübutdur", - məqalədə yazılıb.

Paşinyan daha bir anormal addımı ilə tarixə düşdü
Tevanyan Nikol Paşinyanın Çiçernakaberdə (İrəvandakı qondaram erməni soyqırımı abidəsi-red.) cangüdənləri ilə anormal gəlişini də xatırladıb: "Bu abidə önünə gələndə belə mühafizəçilər çiçəklərin arasında partlayıcı axtarmaqla məşğuldur".

- Nikol Paşinyan Markesin məşhur romanındakı patriarx kimi qorxur. O, bu xalq üçün nələr etdiyini və nə edəcəyini çox yaxşı bildiyi üçün qorxur. Paşinyan hətta özü barədə hökm elan edib və bu hökmdən də qorxur. Baş nazir ölümünü Markesin başqa bir romanında təsvir olunan ağır variantda təsəvvür edir, - erməni deputat qeyd edib. O həmçinin vurğulayıb ki, baş nazir sonunun necə olacağını da yaxşı bilir.

Erməni deputat maraqlı misal da işlədərək yazıb ki, "Qorxunun həmişə böyük, bərələ gözləri olur”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti