Tavuş sakinləri erməni hərbi hissə komandirini döydülər

   Tavuş sakinləri erməni  hərbi hissə komandirini döydülər
  26 Aprel 2023    Oxunub:1858
Ermənistanda hərbi hissə komandiri döyülüb. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb. Bildirilir ki, hadisə bir neçə gün öncə baş verib.
"Tavuş polis şöbəsinə ağır bədən xəsarətləri olan bir vətəndaşın hərbi hospitala çatdırılması barədə məlumat daxil olub.

Ermənistanın daxili işlər nazirinin prokuror qohumu qarət olundu
Polis yaralının 47 yaşlı Tavuş vilayətinin sakini Lernik Ohanyan olduğunu müəyyən edib. Araşdırma nəticəsində məlum olub ki, həmin gün saat 18:00 radələrində yanacaqdoldurma məntəqələrindən birində Ohanyanla Tavuş vilayətinin 43 yaşlı sakini Qor Atoyan, 33 yaşlı Vardan Yesayan arasında dava düşüb. Mübahisə zamanı onlar Ohanyanı döyüblər. Faktla bağlı cinayət işi başlanılıb", - nəşr yazıb.

Məqalədə o da vurğulanır ki, hazırda polis Atoyan və Yesayanın tapılması üçün lazımi tədbirlər görür.

Saytın məlumatına görə, xəstəxanaya çatdırılan Ohanyan Ermənistan Müdafiə Nazirliyinin Tavuş 2-ci ərazi diviziyasının rəhbəridir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Dava  





Xəbər lenti