Bolqarıstan Prezidenti: "Geosiyasi vəziyyət ilk növbədə birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir"
İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev ilə birlikdə SOCAR-ın Sofiyada yeni ofisinin açılışını edəcəklərini vurğulayan Bolqarıstan Prezidenti bildirib: “Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Cənab Prezident Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət ilk növbədə birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”.
AzVision.az
Teqlər: Bolqarıstan