Lentsov Qarabağdakı sülhməramlıların komandanı oldu

 Lentsov Qarabağdakı sülhməramlıların komandanı oldu
  25 Aprel 2023    Oxunub:2604
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlıları Kontingentinə yeni komandan təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, hələlik rəsmi açıqlama yayılmasa da bu mühüm post Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsova həvalə ediləcək.

Ekoterrorun təşkilatçıları – KARİKATURA
Hələlik isə Andrey Volkov sülhməramlı kontingentə rəhbərlik edir.

Qeyd edək ki, Lentsov uzun illər kəşfiyyat və desant diviziyalarına rəhbərlik edib. Əfqanıstanda döyüş təcrübəsi olan rus general son illərə kimi Quru Qoşunları Baş Komandanının müavini vəzifəsində çalışıb. 22 yanvar 2020-ci ildə Rusiya Prezidentinin fərmanı ilə bu vəzifədən azad edilərək Müdafiə nazirinin müşaviri təyin edilib. Bundan başqa, Lentsov Rusiyanın Suriyadakı Hərbi Əməliyyalarında da aktiv iştirak edib. O, 2016-cı ildə Suriyadakı Rusiya Federasiyası Silahlı Qüvvələri Qrupunun komendantlıqlar üzrə komandir müavini kimi çalışıb. Həmçinin generalın Ukrayna müharibəsində iştirakına dair məlumatlar da var. O, 2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı və 2015-ci ilin yazında Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə Rusiya-Ukrayna birgə mərkəzində Rusiya hərbçilərinə rəhbərlik edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   General   Sülhməramlı  





Xəbər lenti