Şolts Çinin Baş nazirini Berlinə dəvət edib

   Şolts Çinin Baş nazirini Berlinə dəvət edib
  25 Aprel 2023    Oxunub:864
Almaniya kansleri Olaf Şolts Çinin baş naziri Li Çianı Berlində danışıqlara dəvət edib.
Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb. Görüş iyunun 20-nə təyin edilib. Agentlik qeyd edib ki, Almaniya Avropa ilə Çin arasında gərginliyi azaltmağa çalışır.

Almaniya müəyyən mənada Pekini rəqib kimi görsə də, Şolts mühüm ticarət tərəfdaşı və alman ixracatının ən vacib istiqaməti olan Çinlə əlaqələrin kəsilməsinə qarşıdır.


AzVision.az


Teqlər:





Xəbər lenti