Ermənilər Azərbaycan səfirliyi önündə mitinq keçirdi

   Ermənilər Azərbaycan səfirliyi önündə mitinq keçirdi
  25 Aprel 2023    Oxunub:1291
Qondarma “erməni soyqırımı”nın ildönümündə ABŞ-də yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçirirlər.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan səfiri Xəzər İbrahim tviterdə bildirib. “Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də Azərbaycan və Türkiyənin suveren ərazilərinə iddialar səsləndirirlər. “Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?”, - diplomat sosial şəbəkədə qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti