Yuri Nikişov: "Heydər Əliyev əsl dövlət xadimi idi"
Y.Nikişov xatırlayır: “1984-cü ildə Heydər Əliyev Baykal-Amur magistralında tikintinin gedişi ilə tanış olmaq məqsədilə Uzaq Şərqə səfər etdi. Həmin dövrdə Komsomolsk-na-Amurda hərbi təyinatlı iki zavodun təməli qoyulurdu. Heydər Əliyev partiya-sovet işçiləri ilə birlikdə bu zavodların təməlqoyma mərasimində də iştirak etdi”.
O qeyd edib ki, hələ ötən əsrin 80-ci illərində Heydər Əliyev Baykal-Amur magistralının əhəmiyyətini yüksək qiymətləndirir və onun perspektivlərini görürdü: “Heydər Əliyev geniş təfəkkürə malik insan, əsl dövlət xadimi idi. O, tikintinin templərini, ayrı-ayrı məsələlərin incəliklərinə qədər mütəxəssislərin nəyə qadir olduğunu dəqiq qiymətləndirirdi. Heydər Əliyev Baykal-Amur magistralının perspektivini təsəvvür edərək, onun inkişaf edəcəyini bilirdi. İndi, artıq üzərindən çoxlu illər keçdikdən sonra ikinci yolun salınması üzrə işlərə başlanılıb. Heydər Əliyev perspektivdə məhz bu hədəfləri görürdü”.
AzVision.az
Teqlər: