Burkina-Fasoda bir kəndin 60 sakini öldürüldü

Burkina-Fasoda bir kəndin 60 sakini öldürüldü
  24 Aprel 2023    Oxunub:1092
Burkina-Fasonun şimalındakı Karma kəndində ölkənin silahlı qüvvələrinin geyimində olan insanların hücumu nəticəsində 60-a yaxın adam öldürülüb.
Bu barədə “France-Presse” agentliyi yerli prokuror Lamine Kaboreyə istinadən məlumat yayıb.
Prokuror hücum edənlərin kənddən müxtəlif qiymətli əşyaları apardığını bildirib.

Agentliyin məlumatına görə, hadisə islamçılar olduğu iddia edilən Aorema kəndi yaxınlığındakı hücumda 6 əsgər və 34 milis əməkdaşının öldürülməsindən bir həftə sonra baş verib.


AzVision.az


Teqlər:





Xəbər lenti