Sudanda Misir səfirliyinin əməkdaşına atəş açıldı
![Sudanda Misir səfirliyinin əməkdaşına atəş açıldı Sudanda Misir səfirliyinin əməkdaşına atəş açıldı](https://azvision.az/photos/2023/04/sudan_voennie22-1682241965.jpg)
Misir səfirliyinin əməkdaşının vəzifəsi və xəsarət dərəcəsi barədə məlumat verilmir.
Aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında olan Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında döyüşlər gedir.
Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır.
Cümə günü hər iki tərəf müsəlmanların Fitr bayramı münasibətilə atəşkəs elan edib. Ordu onu üç gün, ÇRQ isə 72 saat saxlamağa hazırdır.
Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600-ə çatdığını bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Sudan