Gürcüstandakı ABŞ səfiri ikili standartlarda ittiham olundu

   Gürcüstandakı ABŞ səfiri ikili standartlarda ittiham olundu
  21 Aprel 2023    Oxunub:1282
Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanı ikili standartlarda ittiham edib.
O, belə bir açıqlama ilə “İmedi” telekanalının efirində çıxış edib. Deqnan daha əvvəl demişdi ki, BBC-nin Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilinin Avropa İttifaqında təqaüdçülərin pullarını mənimsəmək üçün beynəlxalq saxtakarlıq sxeminin arxasında durması ilə bağlı araşdırmasından sonra əlavə məlumat və hüquqi proses tələb olunur.

“Kezeraşvili, belə çıxır ki, ittihamları rədd edir və buna görə də istintaqı sona çatdırmaq lazımdır. Yəni bir halda qərəzli gürcü mediasına baxa, nəticə çıxara və hakimlərə qarşı sanksiyalar tətbiq edə bilərsiniz. Bu kifayətdir. Digər halda isə bu kifayət deyil”, - Kobaxidze bildirib.

O qeyd edib ki, Gürcüstan qanunvericiliyinə görə, təkzibolunmaz sübutlar olmadan hakimə qarşı inzibati işin başlanması və hətta ona xəbərdarlıq edilməsi mümkün deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti