ABŞ-ın 18 ştatı “Kia” və “Hyundai”dan imtina edir
Sənəddə qeyd edilib ki, bu müddət ərzində “Hyundai” və “Kia” avtomobillərini oğurluğa qarşı qurğularla təchiz etməmək qərarına gəliblər və indi onların sahibləri avtomobillərinin lüzumsuz oğurlanması riski, həmçinin sığorta ödənişləri ilə bağlı problemlərlə üzləşirlər.
Açıqlamaya görə, bu avtomobillərin necə oğurlandığını göstərən videolar sosial mediada populyarlıq qazanın. Bundan sonra bütün ölkədə oğurluq dalğası baş verib. Məsələn, Los-Ancelesdə “Hyundai” və “Kia” oğurluqları 2022-ci ildə təxminən 85% artıb.
Müraciəti Kaliforniyanın baş prokurorundan başqa, Arizona, Kolorado, Konnektikut, İllinoys, Massaçusets, Merilend, Miçiqan, Minnesota, Nyu Cersi, Nyu-Meksiko, Nyu-York, Oreqon, Pensilvaniya, Vermont, Vaşinqton və Kolumbiya dairəsi və Rod-Aylend ştatının nümayəndələri də imzalayıb.
AzVision.az
Teqlər: