Rusiyada yaşlı cinayətkarların sayı artdı

   Rusiyada yaşlı cinayətkarların sayı artdı
  21 Aprel 2023    Oxunub:1204
2013-cü ildən bəri ilk dəfə olaraq Rusiyada cinayət törətməkdə günahlandırılan yaşı 50-dən yuxarı olan vətəndaşların nisbəti 2013-cü ildən bəri ilk dəfə məhkum olunmuşların ümumi sayının 10%-ni ötüb.
Bu barədə “RBC” Rusiya Federasiyası Ali Məhkəməsinin son bir ildəki statistikasına istinadən xəbər verib. Qəzet qeyd edib ki, cinayət işi üzrə cəza alan kişi pensiyaçıların sayı 2022-ci ildə 13,3 min nəfərə çatıb, bundan əvvəl isə rəqəm 11,7 mini keçmirdi.

Yaşı 50-dən yuxarı olan bütün məhkumların təxminən üçdə biri pensiyaçılardır (31,2% və ya 19286 nəfər). Bu qrupda 60 yaşdan yuxarı 13 341 kişi, 55 və yuxarı yaşda olan 5 945 qadın var.

Ali Məhkəmənin hesabatına əsasən, 2022-ci ildə 578 751 nəfər məhkum edilib ki, onlardan 61 655 nəfəri 50 yaşdan yuxarı şəxslərdir.. 2013-2016-cı illərdə onların payı təxminən 8-8,8% səviyyəsində qalıb və 2017-ci ildən 2021-ci ilə qədər tədricən 9,1%-dən 9,9%-ə yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti