Tənha insanların nəzərinə: ÜST dərdinizə dərman olacaq
![Tənha insanların nəzərinə: ÜST dərdinizə dərman olacaq Tənha insanların nəzərinə: ÜST dərdinizə dərman olacaq](https://azvision.az/photos/2023/04/tenha-1682075856.jpg)
Kruqun forum zamanı qeyd etdiyi kimi, tənhalıq və sosial təcrid uzun müddət kiçik problemlər hesab olunurdu. Lakin indi aydın olur ki, həm kasıb, həm də zəngin ölkələrdə həm yaşlı, həm də gənclər tənhalıqla qarşılaşır.
ÜST nümayəndəsi tənhalıq probleminin İsveç, İngiltərə, Yaponiya və ABŞ kimi ölkələrin gündəmində olduğunu, lakin əksər ölkələrin buna kifayət qədər diqqət yetirmədiyini vurğulayıb.
“Yəqin ki, biz bu vəziyyətin əhəmiyyətini yüksəltmək, hesabatlar hazırlamaq və nə edilə biləcəyini müzakirə etmək üçün işləyəcək bir komissiya yaradacağıq. Problemlərdən biri məlumatların toplanmasıdır, ona görə də biz təriflər, ölçmələr və bir növ indeks yaratmaq üzərində işləyəcəyik.
Və biz bu problemi həll etmək üçün nə edilə biləcəyinə dair daha çox sübut toplamağa çalışacağıq”, - Kruq bildirib.
ÜST eksperti qeyd edib ki, yaxın iki-üç ay ərzində komissiya yaradıla bilər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: