Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

   Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib
  21 Aprel 2023    Oxunub:1267
ABŞ prezidenti Co Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, Bayden müsəlmanların fitrə ibadəti vasitəsilə ehtiyacı olanlara yemək və sədəqə verərək göstərdikləri səxavətdən heyran qaldığını bildirib.

"Həyal yoldaşım Jill və mən mübarək Ramazan ayını yekunlaşdırdığınız və Fitr bayramını qeyd edərkən ölkədəki və dünyanın bütün müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq”.

Bayden qeyd edib ki, Ramazan bayramı fədakarlığa, xeyriyyəçiliyə və təfəkkürə həsr olunmuş mübarək ayın başa çatmasıdır və bu ay həm də münaqişə, yoxsulluq, aclıq və xəstəliklərə tab gətirmiş bütün dünyada didərgin düşmüş müsəlman icmalarını xatırlayır.

"Bu bayramda nemətlərə görə şükür edərkən gəlin özümüzü sülhün qurulması və bütün insanların hüquqları və ləyaqəti uğrunda mübarizənin əbədi işinə həsr edək." Bayden deyib ki, onun administrasiyası islamofobiya da daxil olmaqla, hər cür nifrət cinayətləri ilə mübarizədə qərarlıdır".

Rəssamlar, müəllimlər, yanğınsöndürənlər, akademiklər, idmançılar, jurnalistlər, komediyaçılar, əsgərlər və daha çox kimi bir çox sahədə Amerikaya töhfə verən müsəlmanları şərəfləndirmək üçün Ramazan bayramını Ağ Evdə qeyd etməkdən qürur duyduqlarını ifadə edən Bayden, " Jill və mən sizin və sevdiklərinizə xoşbəxt və bərəkətli Ramazan bayramı arzulayıram. Ramazan bayramınız mübarək", deyərək o, əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti