Nazir "Togg" avtomobilini yudu - FOTOLAR

   Nazir "Togg" avtomobilini yudu -    FOTOLAR
  21 Aprel 2023    Oxunub:1362
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank "Togg" elektromobilini özü yuyub.
AzVision.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədəki hesabında paylaşım edib. O, “Bayram təmizliyi” qeydi ilə “Togg”un yuyarkən çəkilən fotoları paylaşıb.

Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.





AzVision.az


Teqlər:





Xəbər lenti