ABŞ bu ölkədəki səfirliyini təxliyə edir
Pentaqonun sözçüsü polkovnik-leytenant Fil Ventura məsələ ilə bağlı açıqlamasında, “Müdafiə Nazirliyi ABŞ-nin Afrika Komandanlığı vasitəsilə Sudandakı vəziyyəti izləyir və müxtəlif gözlənilməz hadisələrə qarşı diqqətlə planlaşdırır. Bu kontekstdə ABŞ səfirliyinin əməkdaşlarının Sudanı təhlükəsiz tərk etməsini təmin etmək üçün lazım gəldikdə tədbir görmək üçün bölgədə əlavə imkanlar yaradılır”, - deyib.
Ventura təhlükəsizlik problemlərini əsas gətirərək, mümkün planlaşdırma və yerləşdirmə haqqında ətraflı məlumat verməkdən imtina etdi.
Qeyd olunur ki, ABŞ mediasına danışan bəzi mənbələr ABŞ-nin Cibutiyə qoşun yeritməyi planlaşdırdığını da irəli sürüb.
Teqlər: