O, aşağı düşməyəcəyini və "hakimiyyətin yalan danışmasına imkan verməyəcəyini" bildirib.
"Artıq bəs edər! Məsuliyyət payınızı dərk edin. Mənim vaxtım bitdi. Amma tribunadan ayrılmayacağam", - Tovmasyan deyib.
![]() |
Ermənistan parlamentində dava -Paşinyanın deputatını döydülər |
Öz növbəsində digər müxalif deputatlar da tribunadan ayrılmayıblar. Beləcə, iqtidarla müxalifətdən olan deputatlar arasında toqquşma olub. Bunu görən parlament sədri fasilə elan edib, müxalifətçi deputatlar təhlükəsizlik xidməti tərəfindən zorla zaldan çıxarılıblar.
Bundan sonra müxalifəti təmsil edən yerdə qalan deputatlar da zalı tərk ediblər.
Bir neçə dəqiqədən sonra iclas davam edib və Simonyan insidentdə iştirak edən deputatlara iradını bildirib. O, davakar deputatların günün sonuna qədər çıxış etmək hüququndan məhrum ediləcəyini bildirib. Qalmaqalı təşkil edən Taqui Tovmasyandan başqa Qarnik Danielyan, Geqam Manukyan, Anna Mkrtçyan, Hayk Mamicanyan, Anna Qriqoryan, Tiqran Abramyan, Taron Markaryan, Artur Sarkisyan, Andranik Tevanyan da qınanılıb.
Xatırladaq ki, martın 31-də də Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi Komitəsinin qapalı iclasında dava düşmüşdü.
Hakim partiyadan olan deputat, sözügedən komissiyanın sədri Vladimir Vardanyanla müxalif “Hayastan” fraksiyasının olan daşnak deputat Mher Saakyan arasında münaqişə yaranıb. Nəticədə Saakyan Vardanyanı vuraraq qaçıb. Sonradan daşnak deputat barəsində həbs-qətimkan tədbiri seçilib
Tural Tağıyev
AzVision.az