İran gəmisi ABŞ-ın nüvə sualtı qayığı ilə "toqquşdu"

  İran gəmisi ABŞ-ın nüvə sualtı qayığı ilə "toqquşdu"
  20 Aprel 2023    Oxunub:1398
İran Hərbi Dəniz Qüvvələrinin “Fateh” sualtı qayığı ABŞ-ın “Florida” nüvə sualtı qayığını Hörmüz boğazında suyun üzünə çıxmağa məcbur edib.
AzVision.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şəhram İraniyə istinadən məlumat yayıb.

"Bu sualtı qayıq Hörmüz boğazına tam səssiz və suyun dibi ilə yaxınlaşıb. Onu İranın "Fateh" sualtı qayığı görüb və bu, Amerika sualtı qayığını səthə qalxmağa, boğazı üzdə keçməyə məcbur edib", - İrani deyib.

Bundan əvvəl Amerika mediası ABŞ və İran arasında münasibətlərdə gərginliyin artması fonunda "Florida"nın Yaxın Şərqə göndərilməsi qərar verildiyini yazmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti