"Qarabağa gedən yeni yol mayın sonunda hazır olacaq" - Sanosyan
O müxalif "Hayastan" fraksiyasının rəhbəri, hərbi cani Seran Ohanyanın sualını cavablandırarkən xatırladıb ki, Rusiya sülhməramlı kontingenti və Azərbaycan tərəfi ilə əldə olunmuş razılaşmalara əsasən, aprelin 1-dən Ermənistandan Qarabağa (Laçın dəhlizi ilə-red.) hərəkət əvvəlki marşrutdan yeni yola dəyişdirilib.
Maraqlıdır ki, erməni nazir hələ də yeni yolun avtomobillərlə rahat keçiləcək səviyyədə tikilmədiyini qeyd edib. Layihənin tam başa çatdırılmadığını qeyd edən Sanosyan hazırda yollarda üç qat asfalt çəkmək, həmçinin bordürlər quraşdırmaq və suların axıdılması üçün drenaj xətti qurmaq lazım gldiyini vurğulayıb. Nazir əlavə edib ki, bu və digər işlərin mayın sonunadək başa çatdırılması planlaşdırılır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Qarabağ