Məqalədə qeyd olunur ki, Qərb Avropanın birliyinə xələl gətirə biləcək belə bir gedişin edilməsini vaxtından əvvəl atılan addım hesab edir. Agentliyin məlumatına görə, bəzi Avropa rəsmiləri Makronun planının “çaşqınlıq yarada biləcəyinə” inanırlar.
Həmçinin bəzi Qərb liderlərinin Çinin neytral vasitəçilik imkanlarına şübhə ilə yanaşdığı bildirilir. Avropalı diplomatlardan biri isə deyib ki, Fransa tərəfləri danışıqlar masasına oturda bilər, lakin əsas məsələyə gələndə nə edəcəklərini bilməyəcəklər.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Pekin Rusiya ilə yaxşı münasibətləri sayəsində Ukrayna ətrafındakı vəziyyətin həllində mühüm rol oynamağa qadirdir. Makron Çinin münaqişənin həllində iştirak etməyə hazır olması ilə bağlı bəyanatını yüksək qiymətləndirib.
Tural Tağıyev
AzVision.az