Paşinyan: "KTMT missiyasını qəbul etməyə hazırıq"

      Paşinyan:    "KTMT missiyasını qəbul etməyə hazırıq"
  20 Aprel 2023    Oxunub:1150
"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını qəbul etməyə hazırdır. Lakin bu istiqamətdə müzakirələr davam edir".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə müsahibəsində deyib.

"KTMT-nin bizi tərk etməsi narahatlıq doğurur" - Paşinyan
"Buna təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz öz narahatçılığımızın dairəsini, yaxud istəyimizi müəyyən etmişik. Bizim istəyimiz missiyanın effektiv olmasıdır. Bu, Ermənistan, KTMT, region üçün vacibdir. Bu, bizim üçün çox vacibdir! Bu istiqamətdə müzakirələri davam etdiririk", - baş nazir qeyd edib.

Baş nazirin sözlərinə görə, KTMT missiyasını Avropa İttifaqı (Aİ) missiyası ilə bərabər səviyyədə nəzərdən keçirməyə ehtiyac yoxdur: "Gəlin KTMT ilə Avropa İttifaqı arasında fərq qoyaq. KTMT-nin Ermənistanın təhlükəsizliyini təmin etmək üçün müqavilələri var. Ermənistanın da öz müqavilələri var".

Onun sözlərinə görə, xüsusən də 2022-ci ildə Qazaxıstanda baş verən məlum hadisələr zamanı İrəvan təşkilatın sədri və üzvü kimi üzərinə düşən vəzifələri tam yerinə yetirib. Deməli, Ermənistanın KTMT missiyasından gözləntiləri Aİ-dən qat-qat yüksək olmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KTMT   Paşinyan  





Xəbər lenti