"İsveç iyula qədər NATO-ya üzv olmaq üçün səy göstərəcək" - Nazir

   "İsveç iyula qədər NATO-ya üzv olmaq üçün səy göstərəcək" -    Nazir
  20 Aprel 2023    Oxunub:896
"İsveç NATO-ya üzv olmaq üçün alyansın sammitinə qədər səylərini davam etdirəcək". Bu barədə ölkənin Avropa məsələləri üzrə naziri Cessika Rosval bildirib.
“İsveç iyulda keçiriləcək Vilnüs sammitinə qədər NATO-ya üzv olmaq üçün səylərini davam etdirəcək”, - Rosvall İspaniyanın Razon qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, Finlandiyanın alyansa qoşulması ölkənin təhlükəsizliyinə müsbət təsir göstərəcək.

“İstənilən halda, Finlandiyanın NATO-da olması bizim təhlükəsizliyimizi də artırır”, - deyə nazir bildirib.

Xatırladaq ki, 2023-cü ilin əvvəlinə İsveç və Finlandiyanın müraciətləri NATO-nun 30 ölkəsindən 28-i tərəfindən ratifikasiya edilib. Lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiya müraciətindən ayrı baxmaq istəyiblər.

Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti