Sudan ordusu Meroe hava limanına nəzarəti ələ keçirib - KİV

   Sudan ordusu Meroe hava limanına nəzarəti ələ keçirib -    KİV
  19 Aprel 2023    Oxunub:987
Ərəb telekanalları Çevik Reaksiya Qüvvələri(ÇRQ) ilə şiddətli döyüşlərdən sonra Sudan silahlı qüvvələri tərəfindən Meroe hərbi hava limanının tutulduğunu təsdiqləyib.
Nizami ordu ilə ÇRQ arasında beş gün davam edən şiddətli döyüşlər zamanı bu hərbi aeroportun ərazisi bir neçə dəfə əldən-ələ keçib.

Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır.

Aprelin 15-dən Sudanda Məhəmməd Daqlonun komandanlığı altında ÇRQ ilə nizami ordu arasında döyüşlər gedir. Toqquşmalar BMT-nin məlumatına görə, artıq 185 nəfərin həyatına son qoyub, 1,8 min nəfəri yaralayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti