İzmirdə bələdiyyə avtobusu divara çırpılıb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Qeyd edilir ki, qəzaya səbəb yağışdan sonra yolun sürşükən olması olub. Hadisə yerinə təcili yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib. Qəzada xəsarət alan sürücü və 9 sərnişin təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalara çatdırılıb.