Moldova Aİ-yə daxil olur: Şərtlər əsasında danışıqlar başlayır

      Moldova Aİ-yə daxil olur:    Şərtlər əsasında danışıqlar başlayır
  19 Aprel 2023    Oxunub:1189
Avropa Parlamenti Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara 2023-cü ilin sonuna qədər başlamağı tələb edən qətnaməyə səs verib.
Bu barədə rumıniyalı deputat Ziqfrid Muresan məlumat verib. "Qətnamə tam səs çoxluğu, lehinə 555, əleyhinə 49 və bitərəf səslə qəbul edilib ki, bu da Moldovanın Qərbə inteqrasiyasının bütün Avropa Parlamentinin deputatlarının və bütün siyasi qrupların dəstəyinə malik olduğunu göstərir"-o, bildirib.

Danışıqların Avropa Komissiyasının irəli sürdüyü 9 tövsiyənin Kişinyov tərəfindən həyata keçirilməsindən sonra başlayacağı vurğulanıb. O, əlavə edib ki, qətnamədə Avropa institutlarına Avropa inteqrasiyası üçün zəruri islahatların aparılması üçün Moldovaya maliyyə yardımının artırılması tələbi var.

AzVision.az


Teqlər:





Xəbər lenti