Cənubi Avstraliyanın nə vaxt səhralığa çevrildiyi müəyyən edildi

Cənubi Avstraliyanın nə vaxt səhralığa çevrildiyi müəyyən edildi
  19 Aprel 2023    Oxunub:1035
Alimlər Nullarbor düzünün quraq bölgəyə çevrilməsi tarixini müəyyən edə biliblər.
Bu barədə Kertin Universiteti məlumat yayıb. Nullarbor Avstraliyanın cənubundakı böyük düzənlikdir, praktiki olaraq ağac və bitki örtüyündən məhrumdur və hətta nullarbor sözünün özü də Latın dilindən "tək bir ağac yoxdur" kimi tərcümə olunur.

Eyni zamanda, elm adamları bu bölgənin müasir görünüşünü nə vaxt formalaşması ilə maraqlanır, çünki bu hadisə Avstraliya flora və faunasının təkamülünə köklü şəkildə təsir göstərib.

Maksimilian Dröllner və onun həmkarları bu bölgənin nə vaxt səhralığa çevrildiyini müəyyən etmək qərarına gəldilər. Bunun üçün onlar torpaqdakı qədim dəmirlə zəngin yataqları təhlil ediblər. Onların əmələ gəlməsi üçün maye su tələb olunur və buna görə də hər təbəqənin çökmə vaxtını təyin etməklə ətraf mühitin nə vaxt quruduğunu anlamaq mümkündür.

Məlum olub ki, yeraltı suların səviyyəsi 2,4-2,7 milyon il əvvəl kəskin şəkildə aşağı düşüb. Müəlliflər ümid edirlər ki, onların kəşfi Avstraliyanın cənub-qərbində və cənub-şərqində növlərin şaxələndirilməsini araşdırmağa kömək edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti