İrəvan yeni təxribat hazırlayır - Dığlılar silahlandırılır və təlim keçirlər

İrəvan yeni təxribat hazırlayır -   Dığlılar silahlandırılır və təlim keçirlər
  19 Aprel 2023    Oxunub:1320
Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribatlar üçün Dığ kəndinin sakinlərini hazırlayır. AzVision.az xəbər verir ki, bununla bağlı Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatı Armen Xaçatryan parlamentdə jurnalistlərlə söhbəti zamanı fikirlər səsləndirib.
O qeyd edib ki, Sünikin Dığ guya hərbi hücumlara hazırlıq baxımından sərhəd kəndləri arasında nümunəvi kənd sayılır.

Dığda qalmaqal - Ermənilər kənd rəhbərini döydülər
Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədr müavini olan Xaçatryan qeyd edib ki, sərhəd zonasında yerləşən yaşayış məntəqələrinin gözlənilməz hallarla bağlı fəaliyyət proqramı olmalıdır: "Dığ kəndində arsenalın harada yerləşdiyini, oradan nə vaxt silah götürmək və hansı obyektləri qorumaq lazım olduğunu hər kəs bilir",- deputat mülki əhalinin hazırlığından danışarkən qeyd edib.

Xaçatryan həmçinin vurğulayıb ki, "Sərhədi ya Silahlı Qüvvələr, ya da Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları qoruyur. Amma kənd sakinləri bilirlər ki, onlar nə vaxt tapşırıqları yerinə yetirə biləcəklər. Üstəlik, kənd sakinlərinə belə hərbi vəziyyətə hazır olmaları üçün daim təlimlər keçirlər”.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Görünür ordumuzun Dığ uğuru erməni sakinlərdə hakimiyyətə qarşı nifrəti birə-beş artırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti