Britaniyalı nazir: "Rusiya sehirli cubuqla dağılan deyil"

      Britaniyalı nazir:    "Rusiya sehirli cubuqla dağılan deyil"
  19 Aprel 2023    Oxunub:1012
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək.
Bu barədə “The New York Times” qəzeti yazıb. Nazir Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılmış əks-hücum əməliyyatına başlayacağına əminliyini ifadə edib. "Mən optimistəm. Bu il və ya gələn il Ukrayna bu istiqamətdə səylərini davam etdirəcək. Hesab edirəm ki, biz realist olmalıyıq. Rusiya sehirli cubuqla dağılan deyil".

Bundan əvvəl “Newsweek” jurnalı Pentaqonun və internetə daxil olan Amerika kəşfiyyatının məxfi sənədlərinə istinadən məlumat vermişdi ki, ABŞ və onun müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini aprelin 30-na planlaşdırılan yaz əks-hücumuna aktiv şəkildə hazırlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti