BMT Baş katibinin telefon danışıqları dinlənilirmiş

BMT Baş katibinin telefon danışıqları dinlənilirmiş
  18 Aprel 2023    Oxunub:791
“BMT dünya təşkilatının Baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a rəsmi narahatlığını bildirib”.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

“BMT-nin Baş katibinin və digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığımızı rəsmi olaraq ev sahiblərinə bildirdik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu cür hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, BMT-nin imtiyazları və immunitetləri haqqında Konvensiyasından irəli gələn ABŞ öhdəliklərinə uyğun gəlmir.

AzVision.az



Teqlər: BMT  





Xəbər lenti