G7 ölkələri Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış ediblər
![G7 ölkələri Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış ediblər G7 ölkələri Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış ediblər](https://azvision.az/photos/2023/04/Untitled-1-pic_32ratio_1200x800-1200x800-49089-1681792788.jpg)
"Biz beş nüvə dövlətinin 3 yanvar 2022-ci il tarixli nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı birgə bəyanatını xatırlayırıq və nüvə müharibəsinin qalib gələ bilməyəcəyini və başlamamalı olduğunu bir daha təsdiqləyirik”, - sənəddə deyilir.
G7 xarici işlər nazirləri həmçinin nüvə sahəsində Rusiyanın mülki məhsullarından imtina etmək planlarını təsdiqləyiblər.
Yeddilik Qrupu (G7) ölkələri Pxenyanın ballistik raketlərin buraxılışını pisləyib və KXDR-in tam nüvəsizləşdirilməsinin həyata keçirilməsinə tərəfdar olublar, həmçinin Rusiyaya qarşı sanksiyaları gücləndirmək və Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.
AzVision.az
Teqlər: