İran prezidenti Səudiyyə kralını Tehrana dəvət etdi

İran prezidenti Səudiyyə kralını Tehrana dəvət etdi
  17 Aprel 2023    Oxunub:1169
İran prezidenti İbrahim Rəisi onu Ər-Riyada dəvət edən Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizə cavab dəvəti göndərib.
AzVision.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani mətbuat konfransında deyib.

İran və Səudiyyənin XİN başçıları yenidən görüşəcəklər
“Prezident Səudiyyə Ərəbistanı kralının dəvətini qəbul etdi və buna cavab olaraq Səudiyyə Ərəbistanı rəhbərinə Tehranı ziyarət etmək üçün yazılı dəvət göndərdi”, - Tasnim agentliyi Kənanidən sitat gətirib.

Xatırladaq ki, bu ölkələr arasında münasibətlər 2016-cı ildə şiəliyi təbliğ edən din xadimi Nimr əl-Nimrin krallıqda edam edilməsindən sonra gərginləşdi. Edama etiraz edən nümayişçilərin İrandakı Səudiyyə Ərəbistanı diplomatik nümayəndəliklərinə hücumundan sonra əlaqələr tam kəsildi. Martın əvvəlində isə Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Artıq XİN rəhbərləri görüş də keçiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran  





Xəbər lenti