Daşnak deputat barəsində həbs-qətimkan tədbiri seçilib

 Daşnak deputat barəsində həbs-qətimkan tədbiri seçilib
  17 Aprel 2023    Oxunub:1440
Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Mher Saakyan xuliqanlıqda ittiham olunub.
AzVision.az xəbər verir ki, bu barədə İstintak Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb. Bildirilir ki, artıq erməni deputat barəsində həbs-qətimkan tədbiri seçilib.

Ermənistan parlamentində dava -Paşinyanın deputatını döydülər
Xatırladaq ki, martın 31-də Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi Komitəsinin qapalı iclasında dava düşüb.

Hakim partiyadan olan deputat, sözügedən komissiyanın sədri Vladimir Vardanyanla müxalif “Hayastan” fraksiyasının olan daşnak deputat Mher Saakyan arasında münaqişə yaranıb. Nəticədə Saakyan Vardanyanı vuraraq qaçıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat  





Xəbər lenti