Slovakiya Ukraynadan taxıl idxalını dayandıracaq
Qeyd edək ki, aprelin 15-də Polşa 2023-cü il iyunun 30-dək Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının Ukraynadan idxalına müvəqqəti qadağa qoyub. Həmin gün Macarıstan da Polşanın qərarına qoşulub. Avropa İttifaqı hərbi əməliyyat başlayandan sonra bu malların Ukraynadan Avropa bazarına çıxışı üçün üstünlüklər müəyyən edib, xüsusən idxal rüsumlarını sıfırlayıb.
Lakin ötən ilin sonunda Avropa Birliyinin sərhədyanı ölkələri bəyan ediblər ki, ucuz Ukrayna məhsullarının peyda olmasından həm yerli fermerlər, həm də istehsal əziyyət çəkir. Son bir neçə həftə ərzində Polşa, Macarıstan və Rumıniyada fermerlər ucuz Ukrayna taxılının daxili bazara çıxışını qadağan etməyə çağıraraq tətilə başlayıblar.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: