İran və Səudiyyənin XİN başçıları yenidən görüşəcəklər

İran və Səudiyyənin XİN başçıları yenidən görüşəcəklər
  17 Aprel 2023    Oxunub:1619
İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahianla Feysəl bin Fərhan Əl Səud yaxın vaxtlarda görüşəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə İRNA agentliyi İran Xarici İşlər Nazirliyinin Fars Körfəzi Departamentinin direktoru Əlirza Enayatiyə istinadən məlumat yayıb.

Enayati qeyd edib ki, “İran və Səudiyyə Ərəbistanında xarici işlər nazirlərinin görüşü gündəmdədir”.

Xatırladaq ki, bir neçə gün öncə Pekində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səudla onun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında görüş keçirilib. Bu, hər iki ölkənin XİN rəhbərlərinin 7 ildən sonra ilk görüşüdür.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti