Məlumata görə, komandir 10 il, daha 9 hərbçi isə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum ediliblər.
İran məhkəməsinin yaydığı məlumatda deyilir ki, "Bu iş üzrə araşdırma ölkədə son illərdə ən mühüm, həssas və mürəkkəb məhkəmə proseslərindən biri olub".
![]() |
Ukrayna təyyarəsi raketlə vurulub? - İran təkzib edir |
Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Tehran-Kiyev marşrutu ilə uçan Ukrayna təyyarəsinin İranda qəzaya uğraması barədə məlumat yayılmışdı. Nəticədə 176 nəfər həlak olub. Təyyarədə 11 Ukrayna vətəndaşı, o cümlədən 9 ekipaj üzvü, həmçinin İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olub. Sonradan müəyyən edilib ki, təyyara qəza enişi etməyib, vurulub.
Hadisədən üç gün sonra İranın ovaxtkı prezidenti Həsən Ruhani Ukrayna təyyarəsinin “qəsdən deyil, səhv nəticəsində” vurulduğunu etiraf etdi və günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verdi.
2021-ci il martın 17-də İran təyyarə qalmaqalı ilə bağlı istintaqın yekun hesabatını təqdim etdi. Sənəddə bildirilirdi ki, təyyarə düşmən hədəfi kimi müəyyən edilən hava hücumundan müdafiə sisteminin operatorunun səhvi nəticəsində məhv edilib. Ukrayna Xarici İşlər Nazirliyi sənədin məzmununu “təyyarənin vurulmasının əsl səbəblərini gizlətməyə cəhd” adlandırıb.
Tural Tağıyev
AzVision.az